Faydalı
Vitamin D Qəbulu
Vitamin D Qəbulu
Məlumdur ki, Vitamin D təbii yolla dəridə, gün şüalarının təsirindən yaranır. Buna görə, çox adam düşünür ki, yayda kifayət qədər Vitamin D alır. Əslində isə, bu mübahisəli məsələdi. Hətta günlərinin əsas hissəsini günəş şüaları altında keçirən insanlarda da vitamin D çatışmazlığının olmasını sübut edən kifayət qədər araşdırma nəticələri var. Bu bir çox faktorlara bağlıdır – coğrafi enlik, dəri tipi və s. Bundan başqa:
Bütün yay günləri günəşli deyil.
Baxmayaraq ki, çöldə yaydır və günəşdir, mənzilə PƏNCƏRƏ ŞÜŞƏSINDƏN KEÇIB DÜŞƏN günəş şüası dəridə Vitamin D yaratmayacaq.
Əgər UŞAQ GEYİMDƏDİRSƏ və ya BAĞLI KOLYASKADA GƏZİRSƏ, GÜNƏŞ KÖMƏKLİK ETMƏYƏCƏK.
ZAQAR KREMLƏRİ də Vitamin D əmələ gəlməyinin qarşısını alır.
Buna görə pediatrlar ilk yaşlarda uşaqların real olaraq çılpaq formada günəş altında bir neçə saat gəzdikləri günlərdən başqa digər vaxtlar Vitamin D preparatlarını həm qış və həm də yayda kəsməməyi məsləhət görür.