easy vit logo
easy fish oil logo

EasyFishoil

easy fish oil logo

EasyFishoil balıq yağı haqqında tez-tez verilən suallar

EasyFishoil balıq yağı məhsulları haqqında ən çox verilən sualları tərtib etdik.

easyFishoil

Omega-3 yağ turşuları nədir? Nə üçün ehtiyac hiss edirik?

Omeqa-3 yağ turşuları (EPA, DHA, ALA) orqanizm üçün zəruri olan, lakin orqanizm tərəfindən sintez olunmayan əsas yağ turşularıdır. Qidalar və ya balıq yağı kimi Omeqa-3 tərkibli qida əlavələri vasitəsi ilə qəbul edilməsi tövsiyə edilir.

Omeqa-3 yağ turşuları hansılardır və hansı qidaların tərkibində var?

Üç əsas Omeqa-3 yağ turşusu mövcuddur: alfa-linolenik turşusu (ALA), eikosapentaenoik turşusu (EPA) və dokosaheksaenoik turşusu (DHA). ALA əsasən bitki mənşəlidir və çia, kətan toxumu, soya kimi toxumlu bitkilərdə və onların yağlarında bol miqdardadır. Dəniz canlıları, xüsusi ilə balıqlar isə ən əhəmiyyətli Omeqa-3 yağ turşuları, EPA və DHA ilə zəngindir. Omeqa-3 yağ turşuları əvvəlcə dəniz yosunları tərəfindən sintez edilir, sonra plankton və digər kiçik dəniz heyvanları tərəfindən yeyilir və onların bədənlərində yerləşirlər*.
*Kaya Y., Duyar H.A., Erdem M.E., Balıq yağ turşularının insan sağlamlığı üçün əhəmiyyəti, E.U. Balıqçılıq jurnalı, 2004-cü il Cild 21, Sayı 3-4: 365-370.

EasyFishoil balıq yağları hansı balıqlardan əldə edilir?

EasyFishoil balıq yağları Omeqa-3 ilə zəngin skumbriya, tuna, siyənək, hamsi, skumbriya kimi Norveçin şimalında, Andenes bölgəsində xüsusi hövzələrdə yetişdirilən yağlı soyuq su balıqlarının əzələ kütləsindən əldə edilir.

EasyFishoil məhsullarında istifadə olunan Omeqa-3 yağ turşuları hansılardır?

ConCordix® texnologiyası ilə istehsal edilən EasyFishoil çeynənə bilən gel formaları poli doymamış yağ turşuları EPA (eikosapentaenoik turşu) və DHA (dokozaheksaenoik turşu) ehtiva edir.

Günlük nə qədər Omeqa-3 istehlak edilməsi tövsiyə olunur? Qlobal tövsiyələr hansılardır?

Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) 2-18 yaş arası sağlam uşaqlar üçün gündəlik 250 mq DHA + EPA qəbul etməyi tövsiyə edir. EasyFishoil EFSA tərəfindən tövsiyə olunan gündəlik dozanı 1 çeynəmə geli ilə təmin edir.
*EFSA (European Food Safety Authority). Scientific Opinion on Dietary Reference Values for fats, including saturated fatty acids, polyunsaturated fatty acids, monounsaturated fatty acids, trans fatty acids, and cholesterol (EFSA Journal 2010; 8(3):1461)0

EPA və DHA Omeqa-3 yağ turşuları nə üçün faydalıdır?

Bədənimizdə DHA struktur xüsusiyyətlərini, EPA isə funksional xüsusiyyətləri dəstəkləyir. EPA və DHA ürəyin normal fəaliyyətini dəstəkləyir. Bundan əlavə, DHA normal beyin funksiyalarını qorumağa kömək edir.*
*Türk Qida Kodeksinin Qidalanma və Sağlamlıq İddiaları haqqında Əsasnaməsinə uyğun olaraq. EPA və DHA üçün elan edilmiş faydalı effekti təmin etmək üçün 250 mq EPA və DHA, DHA üçün elan edilmiş faydalı effekti təmin etmək üçün isə 250 mq DHA qəbul edilməlidir. Balanslaşdırılmış və müxtəlif qidalanma sağlamlıq üçün vacibdir.

Balıq yağı sizi kökəldirmi?

Zənn edilənin əksinə, balıq yağı sizi kökəltmir. Hətta Omeqa-3 və Omeqa-6 balansını təmin edərək, obezliyin qarşısının alınmasında və çəki vermə prosesində geniş istifadə edilir.

Balıq yağı əldə edilərkən ətraf mühitə ziyan vurulurmu?

Bu gün ətraf mühitin mühafizəsi və davamlılığı ən vacib mövzular sırasındadır. Ekoloji şüurlu və davamlı xammal istehsalına görə məsuliyyət daşıyan şirkətlər ətraf mühiti qoruyan və ekoloji tarazlığı pozmayan müxtəlif layihələrdə iştirak edirlər. Dayanıqlı balıqçılıq və akvakultura sahəsində beynəlxalq sertifikatlaşdırmanı həyata keçirən müstəqil qeyri-hökumət təşkilatı olan “Friend of the Sea” dənizdən əldə edilən xammalın dəniz ekosistemini pozmadan düzgün və davamlı istifadəsi üçün çalışır.
EasyFishoil istehsalında istifadə edilən balıq xammalı “Friend of the Sea” sertifikatına malikdir. EasyFishoil məhsulları həmçinin “Friend of the Sea” sertifikatı ilə ətraf mühitin, dəniz həyatının qorunmasını və dəniz məhsullarının davamlılığını dəstəkləyir.

GOED (EPA & DHA Omega-3s üçün Qlobal Təşkilatı) nədir? Üzvlük şərtləri nədir?

GOED balıq yağı istehsal edən şirkətlər üçün istehsal və yüksək keyfiyyətə nəzarət və standartları inkişaf etdirən qlobal rəsmi təşkilatdır. GOED-in üzvü olan istehsalçılar keyfiyyət standartlarına və yaxşı istehsal təcrübələrinə uyğun məhsullar təklif edirlər.
GOED-in Qürurlu Üzv loqosunun istifadəsi onu göstərir ki, loqodan istifadə edən şirkət etik biznes davranışına və keyfiyyətli omeqa-3 məhsulları istehsalına sadiqdir. EasyVit, qablaşdırmasında GOED Proud Member loqosundan istifadə etmək səlahiyyətinə malik bir şirkətdir. GOED tərəfindən qablaşdırmada öz loqotipindən istifadə etmək icazəsi verilmiş istehsalçıların siyahısı üçün buraya klikləyin.

Omeqa-3 tərkibli məhsulların IFOS analiz hesabatına necə daxil olmaq olar?

IFOS tərəfindən sınaqdan keçirilmiş bütün məhsulların analiz hesabatlarını araşdırmaq mümkündür. Bunun üçün https://certifications.nutrasource.ca/certified-products linkinə daxil olub, araşdırmaq istədiyiniz məhsulun şirkətini seçib, sadalanan məhsullar arasından axtardığınız markanı seçib lot (parti) nömrələrinə görə əlavə edib bütün hesabatları nəzərdən keçirə bilərsiniz. Hər partiyası mütəmadi olaraq təhlil edilən EasyFishoil uşaq balıq yağlarının hesabatlarını nəzərdən keçirmək üçün bura klikləyin.

ConCordix® texnologiyası nədir? Onun xüsusiyyətləri hansılardır?

ConCordix® texnologiyası vitaminlər, minerallar və balıq yağı kimi aktiv maddələrin orqanizmdə istifadəsi üçün hazırlanmış texnologiyadır. O, Norveç Elm və Texnologiya Universiteti (NTNU) ilə birgə Ar-Ge tədqiqatları nəticəsində hazırlanmışdır. Bu, yağ turşularını, suda və yağda həll olunan vitamin və mineralları emulsiya formatında birləşdirən patentləşdirilmiş üsuldur.
ConCordix® texnologiyası ilə istehsal olunan EasyFishoil çeynənə bilər gel formalı balıq yağları hava, nəm və işıqla təmasa maneə olan Alu-Alu blisterlərdə tək-tək qablaşdırılır.

Alu-Alu blister qablaşdırma və onun xüsusiyyətləri hansılardır?

ConCordix® texnologiyası ilə istehsal edilən EasyFishoil çeynənə bilən gel formalarının mühüm xüsusiyyəti alüminium blister qablaşdırmasıdır.
EasyFishoil məhsulları ayrı-ayrılıqda hava, işıq və nəmə davamlı Alu-Alu blisterlərdə qablaşdırılır. Bu xüsusi hazırlanmış qablaşdırma məhsulun hava ilə təmasının qarşısını alır.
Çeynənə bilən gel formaları:
  • İstehsal zamanı birbaşa alüminium blister təbəqəsindəki boşluqlara maye formada çəkilir və folqa ilə bağlanır.
  • Folqa məhsulun tərkibinin ətraf mühitin təsirinə məruz qalmasının qarşısını alır.
  • Çeynənə bilən gel forması istehlak edilərkən, blister paketində qalan dozalar hava ilə təmasda olmur. Hər çeynənən gel forması oksidləşmədən, ilk günkü təsirini saxlayır, dadı və qoxusu pozulmadan gigiyenik qalır.

    ConCordix® texnologiyası ilə istehsal olunan EasyFishoil məhsullarının saxlama müddəti nə qədərdir?

    ConCordix® texnologiyası ilə istehsal olunan EasyFishoil məhsulları 25°C-dən aşağı temperaturda saxlanıldıqda 2 il saxlama müddətinə malikdir.

    ConCordix texnologiyası ilə istehsal olunan EasyFishoil məhsullarında şəkər varmı?

    Xeyr, ConCordix texnologiyası ilə istehsal olunan EasyFishoil məhsullarında şəkər yoxdur; Onlar ksilitol, sorbitol və sukraloza kimi aşağı glisemik indeksli dadlandırıcılarından istifadə etməklə istehsal olunur.
    Ksilitol: Böyürtkən, banan, fıstıq, gül kələm, gavalı, xiyar, çiyələk, yulaf və göbələk kimi meyvə və tərəvəzlərdə olan ksilitol insan metabolizmində qlükoza parçalanmasının təbii ara məhsuludur.
    Sorbitol: Təbii olaraq armud, şaftalı, ərik kimi meyvələrdə, həmçinin xurma, gavalı və kişmiş kimi quru meyvələrdə və bəzi tərəvəzlərdə olan sorbitol, əczaçılıq və qida sənayesində, ağız baxımı məhsullarında geniş şəkildə istifadə edilir. FDA tərəfindən tövsiyə edilən maksimum gündəlik qəbul 50 q, bir EasyFishoil çeynənilən gel şəklində sorbitolun miqdarı isə cəmi 0,15 q-dır.
    Sukraloza: 1999-cu ildə FDA tərəfindən ümumi təyinatlı bir dadlandırıcı olaraq təsdiqlənmiş sukraloza sıfır kalorili dəyərə və sıfır glisemik indeksə malikdir. Elmi tədqiqatların nəticələri göstərir ki, sukralozanın toksiki və ya kanserogen (xərçəng yaradan) təsiri yoxdur. Karbohidrat mübadiləsinə təsir etmədiyi üçün şəkərli diabet xəstələri üçün uyğun olduğu bildirilir.
    1. Dadlandırıcılar və Metabolik Xəstəliklərlə Əlaqəsi, Kızılaslan N., Türk Kənd Təsərrüfatı-Qida Elmi və Texnologiyası Jurnalı, 5(2): 191-198,2017
    2. Şəkər spirtləri – müasir dadlandırıcılar dünyasında onların rolu – icmal, Eur Food Res Technol 2015, 241:1-14
    3. Sweeteners, İşgören A., Sungur S., Lectio Scientific Journal of Health and Natural Sciences İyul 2019, Cild 3, Nömrə 1.19-32

    ConCordix texnologiyası ilə istehsal olunan EasyFishoil məhsullarında konservantlar varmı?

    Xeyr, ConCordix texnologiyasının unikal xüsusiyyətlərindən biri də heç bir konservantlara ehtiyac olmamasıdır.

    ConCordix texnologiyası ilə istehsal olunan EasyFishoil məhsullarında donuz yağı və əlavələri varmı?

    Xeyr, Concordix texnologiyası ilə istehsal olunan EasyFishoil məhsullarında donuz piyi və qatqı yoxdur, halal sertifikatı var.

    ConCordix çeynənilən gel formasını blister paketdən necə çıxarmaq olar?

    Bir çeynənilən gel formasını, qapaq folqasını baş barmağınızın dırnağı ilə yumşaq bir şəkildə deşərək və şəhadət barmağınızla gel formasını itələməklə blister paketindən çıxara bilərsiniz.

    EasyFishoil uşaq balıq yağlarının tərkibindəki balıq yağı hansı formadadır?

    EasyFishoil uşaq balıq yağlarının hər bir növü tərkibində triqliserid formasında balıq yağı ehtiva edir.

    Hər balığın tərkində eyni miqdarda Omeqa-3 mövcuddur?

    Soyuq və dərin dənizlərdə yaşayan balıqlar, ətraf mühitin şəraitinə uyğunlaşmaq üçün daha yağlı olurlar və buna görə də onlarda daha yüksək miqdarda Omeqa-3 yağ turşuları (EPA və DHA) mövcuddur. EasyFishoil uşaq balıq yağları da məhz soyuq su balıqlarından əldə edilir.

    Həyatın hansı dövrlərində Omeqa-3 yağ turşularına ehtiyacımız var?

    Ana bətnindən başlayaraq bütün həyatımız boyunca Omeqa-3 yağ turşularına (EPA və DHA) ehtiyacımız var. EFSA (The European Food Safety Authority / Avropa Qida Təhlükəsizliyi Təşkilatı) tövsiyəsinə uyğun olaraq, normal ürək və beyin fəaliyyətini təmin etmək üçün, hər bir sağlam fərd gündəlik 250 mq Omeqa-3 yağ turşuları (EPA+DHA) qəbul etməlidir.

    Balıq yağı və digər Omeqa-3 tərkibli məhsullar yayda istifadə üçün uyğundur?

    Tövsiyə edilən gündəlik dozalara və düzgün saxlanma şəraitinə riayət edildiyi təqdirdə, balıq yağları və Omeqa-3 tərkibli məhsullar yayda istifadəyə uyğundur. Hər gel formasının ayrıca qablaşdırıldığı, ilk günkü təsirini saxlayan hava, işıq və nəmə davamlı Alu-Alu blister qablaşdırması ilə EasyFishoil uşaq balıq yağları oksidləşmə dəyərləri pozulmadan ilk günki təzəliyini saxlayır və 4 fəsil istifadə üçün uyğundur.

    Balıq yağı (Omeqa-3) istehsalı üzrə niyə Norveç ən qabaqcıl ölkələrdəndir?

    Norveç şimali Atlantik okeanının sahilində yerləşdiyinə görə balıqçılıq mövzusunda inkişaf etmiş ölkədir. Norveçdə balıq yağı istehsalı yüksək standartlara əsaslanır və istehsal müəssisələri mütəmadi olaraq intensiv monitorinqlərə cəlb edilirlər. Əlavə olaraq, Norveç dayanıqlı avkakulturanı dəstəkləyir.

    Balıq yağının hər hansı bir əks təsiri varmı?

    Qan durulaşdırıcı dərman istifadə edən şəxslərin, həmçinin hamiləlik və laktasiya dövründəki qadınların balıq yağı istifadə etmədən öncə həkim məsləhəti almağı tövsiyə edilir. Balıqdan əldə edildiyi üçün, dəniz məhsullarına qarşı allergiyası və ya həssaslığı olan istifadəçilərdə allergik reaksiyaya da səbəb ola bilər.

    EasyFishoil uşaq balıq yağları harada istehsal edilir?

    EasyFishoil uşaq balıq yağları Norveçin şimalında Andenes bölgəsində Vitus AS zavodunda istehsal edilir.

    Hazırda Azərbaycanda EasyFishoil uşaq balıq yağlarının hansı növləri satışda var?

    Hazırda Azərbaycanda EasyFishoil D (Omeqa-3 + D vitamini) və EasyFishoil Multi (Omeqa-3 + multivitamin kompleksi) satışdadır. Digər növlərinin də yaxın gələcəkdə satışa çıxarılması planlaşdırılır.

    EasyFishoil uşaq balıq yağları günün hansı saatlarında və ac yoxsa tox qəbul edilməlidir?

    EasyFishoil uşaq balıq yağları günün hər hansı bir saatında qəbul edilə bilər və qida qəbulundan asılı deyil.

    Balıq yağlarını hər gün mütəmadi olaraq istifadə etməliyəm?

    Omeqa-3 yağ turşuları bədənimiz tərəfindən ifraz edilə bilmədiyi üçün gündəlik qida rasionumuzda Omeqa-3 ilə zəngin qidalara yer vermək tövsiyə edilir. Balıq yağları isə Omeqa-3 ilə zəngin qidaların kifayət qədər qəbul edilməməsi hallarında, Omeqa-3 ehtiyacını qarşılamağa dəstək olur. Balıq yağları dərman deyil, bioloji fəallığa malik qida əlavəsidir. Uyğun tərkibli, saf və oksidləşmə dəyərləri pozulmayan balıq yağlarını uzun müddət istifadə edə bilərsiniz.

    EasyFishoil uşaq balıq yağları digər qida əlavələri ilə paralel istifadə edilə bilər?

    Qəbul edilən digər qida əlavəsinin tərkinindəki hər hansı bir komponent EasyFishoil-in tərkibi ilə toqquşarsa, dozaların tənzimlənməsi üçün həkim ilə məsləhətləşmək mütləqdir. Əks halda, digər preparatla paralel istifadəsi uyğundur.

    Hamiləlik və laktasiya dövründə balıq yağı istifadə edilə bilərmi?

    Hamiləlik və laktasiya dövründə balıq yağı istifadəsi həkim ilə məsləhətləşilməlidir. Dokosahekzaenoik turşusunun (DHA) ana tərəfindən qəbul edilməsi dölün və əmizdirilən körpənin normal beyin və göz inkişafını dəstəkləyir.
    norway flag

    Norveç məhsuludur.

    logo

    info@easyfishoil.az

    +994 512404135

    Norveç məhsuludur.Dərman vasitəsi deyil, qida əlavəsidir.
    EasyFishoil © 2021 Bütün hüquqları qorunur.
    • tiktok
    whatsappIcon

    Sifariş Et